DÖŞ GİLƏLƏRİNDƏ ÇATLARIN "BEPADERM G"İLƏ MÜALİCƏSİ

Məlumdur ki, hər bir qadın körpəni döşlə qidalandırmalıdır. Bu ana ilə övladı bir-birinə bağlayan yeganə psixoloji aktdır ki, heç bir şey ilə əvəz olunmur. Döşlə əmizdirmə qadınların sağlamlığını aşağıdakılardan qoruyur:

  • qan azlığı;
  • uşaqlığın qısa zamanda normal ölçüyə qayıtması;
  • döş və yumurtalıq xərçəngi riskinin azalması;
  • yaşlı dövrdə güclü sümüklərə, sidik yolları infeksiyasının profilaktikasına səbəb olur.
  • birinci altı ay ərzində hamiləlik riskini azaldır.

Pitsburq Universiteti (University of Pittsburgh) “Women`s Health Initiative” ictimai təşkilatı menapauza (aybaşının dayanması) dövründə qadınların sağlamlığının vəziyyətini araşdırmaq məqsədilə 139 min qadının xəstəlik tarixi ilə tanış olaraq, belə bir qənaətə gəlib ki, əmizdirmənin müddəti qadının sağlamlığı ilə birbaşa əlaqədardır. Belə ki, 1 ildən artıq müddətdə əmizdirən qadınlarda diabet xəstəliyinin meydana çıxma ehtimalı 20 %–ə, hipertoniya ehtimalı 12 %–ə, qanda xolesterinin miqdarının artma ehtimalı 19 %–ə, insult riski isə 9 %–ə düşüb. Dünya həkimləri bu qənaətə gəliblər ki, ana südü körpə üçün ən sağlam qida olmaqla yanaşı, hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklərin doğuşdan sonra tez bir zamanda bərpa olunmasının ən faydalı yoludur. Lakin uşağın əmizdirilməsi anaya ağrı verməməlidir. Əgər əmizdirmə zamanı ana ağrı hiss edirsə, döş giləsi isə əmizdirdikdən sonra qızarmış olursa (sanki onun üzərindəki dəri soyulmuşdur), bu, döş giləsində sıyrıntı olmasının əlamətidir. Bu zaman növbəti əmizdirmələr də eyni qaydada aparılarsa, ananın döş giləsində tez bir zamanda çatlar yaranacaq. Bu çatlar ağrılı olur, çatlardan qan axır. Bu zaman uşağın əmizdirilməsi xeyli ağrılı, bəzi hallarda isə mümkünsüz olur. Əgər döş giləsində çatlar meydana çıxıbsa onların sağalması üçün hər hansı bir tədbir görmək lazımdır. Bu nəinki ana üçün eyni zamanda körpə üçün də təhlükəlidir. ( süd ilə yaradakı hər hansı infeksiya körpənin bağırsaqlarına daxil ola bilər) Bəs, bu problemi necə həll etmək lazımdır?

Döşlə qidalanmanı aşağıdakı sxemlə həyata keçirmək lazımdır və bu zaman yara sağaldıcı vasitələrdən də istifadə edilməlidir.

  1. Uşağın əmizdirilməsinin lap ilk günlərindən etibarən, döşü ona düzgün şəkildə vermək lazımdır. 
  2. Döş giləsi ilıq su ilə sabunsuz yuyulmalıdır.
  3. Yumşaq, təmiz dəsmalla qurulanmalıdır.
  4. Döş giləsində yarasağaldıcı məlhəm qalın qat formasında vurulur.
  5. Döş giləsi salfetlə bürünməli və büsthalter geyinməlidir. Qoyulmuş kompress 1 saat ərzində saxlanmalı, daha sonra məlhəmin qalanı salfetlə götürülməlidir. Bu cür kompress gün ərzində 3-4 dəfə olmaqla çatların tam sağalması üçün istifadə olunmalıdır.

Ağır çatlar olduqda, onların daha tez sağalması üçün Bepaderm G  kimi yara sağaldıcı vasitədən  istifadə etmək olar. Bepaderm G  uşaq əmizdirən dövrdə süd vəzilərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn ağrıların və ya çatların müalicəsində istifadə olunan preparatdır.  Bepaderm G uşağı döşlə əmizdirmə zamanı döş giləsi bölgəsini müdafiə edir, gərginliyi və həssaslığı azaldır, dərini elastik edir, çatlamış bölgənin regenerasiyasını (bərpa olunması) sürətləndirir. Bepaderm G iltihab əleyhinə təsir göstərir. Tərkibində rəngləndiricilər yoxdur, hipoallergendir. Gel yapşqanlıq hissi yaratmır. Tez hopur və geyimdə heç bir ləkə saxlamır.

İstifadəsi:  Bepaderm G laktasiya dövründə qadınların süd vəzisi giləsinin çatları və iltihabında profilaktik və müalicə məqsədilə istifadə edilə bilər.  Geli hər əmizdirmədən sonra və lazım olduğu müddətdə döş giləsi nahiyəsinə çəkmək lazımdır.

aptekonline.az

 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az