Azərbaycanda transplantasiya həyata keçirən müəssisələrin siyahısı artırıldı

Azərbaycanda insan orqan və ya toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına yeni bir müəssisə daxil edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na əlavə edilib.

NK-nın yeni qərarına əsasən, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na Respublika Talassemiya Mərkəzi daxil edilib. Bu mərkəzdə sümük iliyi əməliyyatı həyata keçirilə bilər.

Milli.Az


 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az