Nail Tan: Bakıdan onkoloji xəstələrin Türkiyəyə getmələrinə ehtiyac yoxdur

Bakıdan onkoloji xəstələrin müalicə üçün Türkiyəyə getmələrinə, oradan da həkimlərin Azərbaycana gəlmələrinə heç bir ehtiyac yoxdur. Əksinə xarici ölkələrdən onkoloji xəstələr Azərbaycan Milli Onkologiya Mərkəzinə gələrək şəfa tapa bilərlər.

Bu sözləri Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, professor Nail Tan AZƏRTAC-a müsahibəsində deyib.

Türkiyəli professor qeyd edib ki, hətta türk mütəxəssisləri bu şəfa ocağında - ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmış Milli Onkologiya Mərkəzində çox şeyləri öyrənə bilərlər. Onun sözlərinə görə, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər: ”Burada quraşdırılan son texnoloji avadanlıqlar və öz işinin ustası olan peşəkarlar məni heyrətləndirdi”.

“Arzulayıram ki, xərçəng kimi ağır xəstəliklərdən əziyyət çəkən adamlar azalsın, lakin bundan sonra bu xəstəlikdən müalicə üçün mənə müraciət etsələr, onları mütləq Azərbaycan Milli Onkologiya Mərkəzinə istiqamətləndirəcəm”, - deyə Nail Tan bildirib.


 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az