Qadınlar üçün xəbər

 

Klimaks dövrü qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadının həyatında köklü dəyişikliklər yaradan və dərindən təsir edən menopauza dövrü bir qadının həyatının orta hesabla üçdə birini əhatə edir. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişiklikləri - istilikbasma, tərləmə, yuxunun pozulması, dərinin quruması, qırışması kimi əlamətləri labüd təbii hal kimi qəbul edirlər.

Qadının son menstruasiyası yaxınlaşan mərhələdə, onun yumurtalıqlarının funksiyaları zəifləməyə başlayanda estrogen defisiti simptomları yarana bilər. Bunlar, əsasən, dərinin quruması, qırışması, uşaqlıq yolunun quruluğu, yuxunun pozulması, depressiyaya meyllilik, əhvalın pisləşməsi, çox tez həyəcanlanmaq, çılğınlıq kimi əlamətlərdir. Bu simptomlar, hətta yüngül formada belə, qadının normal yaşamasına mane olur və təbii ki, “həyat keyfiyyəti” göstəricisi enir. Təkrar infeksiyalar, sidik problemləri və azalan hormon istehsalına bağlı sümük əriməsi də sıx qarşılaşılan problemlərdəndir.

Menopauza haqqında daha bir qədər
 
Qeyd edək ki, siqaret çəkən və içki içən qadınlar digərlərinə nisbətən daha erkən menopauzaya girirlər və menopauza ilə bağlı onlarda sümük əriməsi, infeksiya, sidik qaçırma və psixoloji dəyişikliklər kimi vəziyyətlərə rast gəlinir.

Buna görə də menopauzadakı hər qadın klimaksın gedişini yüngülləşdirən preparatlar qəbul etməlidirlər. İndiki dövrdə estrogenin təbii əvəzləyicilərindən - fitoesterogenlərdən istifadə etməklə qadın həyatının bu dövrü ilə əlaqədar bir sıra xoşagəlməz hallardan yaxa qurtarmaq mümkündür. Belə hallarda fitohormonlar menopauza əlamətlərin aradan qaldırır, dəridə yaşlanma proseslərini ləngidir, osteoblastların (sümük toxuması yaradan hüceyrələrin) sintezini bərpa etməyə kömək edir və osteoporozun səmərəli profilaktika vasitəsinə çevrilirlər.
 
İnoklim təbii estrogen əvəzləyicisidir.
Klimaks əlamətlərini aradan qaldırır (istilikbasma, tərləmə və s.)
Sümük toxumasını möhkəmləndirir və osteoporozun qarşısını alır.
Dərinin elastikliyini, nəm balansını qoruyur və qocalma prosesini ləngidir.
Dırnaqların, saçların kövrəkliyinin qarşısını alır.
 
Sifariş üçün *7700 nömrəsinə müraciət edə bilərsiniz.

 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az