«Zəfəran» apteklər şəbəkəsinin “Ailənizin Zəfər anı” aksiyası baş tutmuşdur!

Azərbaycanda ən iri apteklər şəbəkəsi olan Zəfəran Uşaqların Beynəlxalq müdafiə gününə həsr edilmiş aksiya keçirəcək. 

İyun ayının 1-dən 8-dək Zəfəran aptekinin hər bir müştərisi alış-veriş etməsindən asılı olmayaraq Gymboree Play & Music uşaq mərkəzinə hədiyyə kuponu alacaq. 

Hədiyyə kuponları əsasən 0-6 yaş arasında uşaq olan ailələrə veriləcək. Bu aptek işçilərinin apardığı mini-sorğu yolu ilə müəyyən ediləcək. 

Hədiyyə kuponun sahibi (uşaq nəzərdə tutulur) bu mərkəzdə pulsuz 1 həftəlik məşğələlər keçmək hüququnu qazanır. Bura nəğmə dərsləri, rəqslər, rəssamlıq, dil inkişafı, idman məşğələləri və s. daxildir. 

Dərslərə kuponda göstərilən nömrələrə əvvəlcədən zəng etməklə yazılmaq mümkündür. Hədiyyə kuponunu cari ilin 30 iyun tarixinədək istifadə etmək olar. 

Əlavə məlumatı şəhər telefonundan və istənilən mobil əlaqə operatorundan *8811 qısa nömrəsinə zəng etməklə almaq olar. 

Aksiya barədə şərhləri Zəfəranın sosial şəbəkədəki fb.com/zeferanaptek saytına və ya info@zeferanaptek.az elektron poçta göndərmək olar. 

Kuponları Bakı şəhərindəki Zəfəran apteklərinin aşağıda göstərilən ünvanlarında almaq olar: 

Nizami küç, 66 (“Sahil” metrosu) 
Telefon (+994 12) 493 11 12 

H.Cavid pr-ti, 7 (“Elmlər Akademiyası” metrosu) 
Telefon (+994 12) 4510 38 33 

M.Həsənov küç, 1 (“20 yanvar” metrosu) 
Telefon (+994 12) 431 87 00 

M.Mehdizadə, küç. 14 (Neftçilər xəstəxanasının yaxınlığında) 
Telefon (+994 12) 596 88 11 

C.Cabbarlı küç.ev 14 mən 1 (M. Cavadzadə adına Uroloji Xəstəxana ilə üzbəüz) 
Telefon (+994 12) 492 89 78 

 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az