Hələ belə qız doğulmamışdı - FOTO

Mia Yasmin Qarsiya dünyada misli-bərabəri olmayan qız sayıla bilər.

ABŞ-ın Kolorado ştatında dünyaya göz açan bu qızın çəkisi 6,35 kiloqram idi.
Mianın anası Alişa Ernandes Alamosa övladını qeysəriyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Alişanın sözlərinə görə, qızının çəkisinin ən uzağı 3,4 kq olacağını gözləyirdi. Amma "pəhləvan" Mia anası ilə bahəm, həkimləri də heyrətləndirib.
Milli.Az ABC-yə istinadən bildirir ki, Mia Yasmin Qarsiya Koloradonun cənubunda, San-Luis şəhərindəki "San Luis Valley Hospital"da doğulub.
Qızın atası Fransisko Qarsiya deyib: "Hamımız şokdayıq! Həkimlər hələ belə uşaq görmədiklərini söyləyiblər. Qızım əsl pəhləvandır".
F.Qarsiyanın sözlərinə görə, Britnei, Himena, Yulissa və Yulianın kiçik bacısı Mia sürpriz olub. Çünki ailə oğlan gözləyirdi.
Mia və anası Denver şəhər hospitalına köçürülüblər. Onlar gələn həftə evə buraxılacaqlar.
Milli.Az
     

      



 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az