Saqqızın ziyanı

Saqqız dəbli bir atrıbuta çevrildi. Bir çox insanlar saqqız çeynədikdə özünü daha sərbəst və özünə güvənən hiss edirlər.

Digərləri saqqız sakitləşdirir, stresdən azad olmağa kömək edir. Yeri gəlmişkən, həkimlər təsdiq edirlər ki, çeynəmə prosesi (bu hər hansı qida, saqqız ola bilər) streslə mübarizədə kömək edir.

Lakin insanların əksəriyyəti nə saqqızın tərkibi, nə də onun orqanizmə olan təsiri haqqında heç nə bilmirlər.

Saqqız ta qədimdən mövcuddur. Bizim ulu babalarımız bu məqsədlə müxtəlif ağaclardan ifraz olunan qatrandan istifadə edirdilər. İlk saqqız Amerikada XIX əsrin axırlarında istehsal olunub. Onun əsas hissəsini iynəyarpaqlı ağacların qatranı təşkil edirdi.

Müasir saqqızın tərkibində təbii maddələri tapmaq çətindir və ya heç mümkün deyil. Onun əsas hissəsini sintetik polimer təşkil edir. Saqqıza dad və iy əlavə etmək üçün xüsusi rəng və dadvericilər istifadə olunur. Bu maddələr allergiyaya səbəb ola bilər, onlardan bəziləri kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərinə malikdir. Müxtəlif saqqızlara şəkər (karies əmələ gətirə bilər), aspartam maddəsi (baş ağrısı və ürəkbulanmasına səbəb ola bilər), ksilit (işlətmə xüsusiyyətlərinə malikdir) əlavə olunur. Beləliklə, saqqızın tərkibi heç də tam ziyansız deyil. Bu səbəbdən uşaqlara saqqız yalnız istisna hallarda verilə bilər (qida qəbulundan sonra). Bundan əlavə uşaq saqqızların tərkibində şəkər çoxdur və bu heç də xeyirli deyil.

Saqqızın müəyyən müsbət xüsusiyyətləri də var. Qida qəbulundan sonra çeynədikdə saqqız ağız boşluğunu qıda qalıqlarından təmizləyir. Saqqız ağız suyunun miqdarını artırır. Ağız suyu isə antiseptik xüsusiyyətlərinə malikdir. Bütün bunlar isə kariesin profilaktikasını təmin edir. Lakin bunun üçün saqqız şəkərsiz olmalıdır və insan onu yalnız 5-10 dəqiqə ərzində çeynəməlidir.

Ümumillikdə saqqızı yalnız qida qəbulundan sonra və yalnız 5-10 dəqiqə ərzində çeynəmək olar. Daha çox müddət ərzində çeynədikdə saqqız ziyan gətirə bilər.


 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az